Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.


 


1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb.


 


Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb.


 


Faktla bağlı araşdırma aparılır.