Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni komandası “Kolambus Kryu” MLS-də yeni mövsümə məğlubiyyətlə başlayıb.



 


Sfera.az xəbər verir ki, Ohayo təmsilçisi müntəzəm mövsümün ilk turunda səfərdə “Portlend Timbers”in qonağı olub.



 


Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 


Qeyd edək ki, Nəriman Axundzadə ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. O, “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb.