"Taliban" rəhbərliyi Əfqanıstanda qadınları kölələşdirən yeni qaydalar tətbiq edib.


 


Qaydalarda qeyd olunub:


 


Ali lider Heybətulla Axundzadə tərəfindən təsdiqləndiyi bildirilən qaydalar bunlardır:


 


· Kişilərə, "sümük sınığı və ya açıq yara" olmadığı halda arvadlarını döyməyə icazə verilir.


 


· Ərinin icazəsi olmadan valideynlərinin evinə gedən qadınlar (hətta zorakılıqdan qaçmaq məqsədilə belə) 3 aya qədər həbs cəzası ala bilər.


 


· Rəqs edən və musiqi ifa edən şəxslər cinayətkar hesab olunur.


 


· Qızların təhsilinə qoyulan qadağanı tənqid etmək cinayət sayılır.


 


· Qadınlar üzlərini tam örtməli, yaxın qohumu olmayan şəxslərin yanında danışmamalıdır.


 


· Qadınların səsinin çöldə eşidilməsinin qarşısını almaq məqsədilə evdə ucadan danışması qadağandır.


 


· Qanunun 9-cu maddəsinə əsasən, Əfqan cəmiyyəti dörd təbəqəyə bölünür: din alimləri, elita, orta sinif və aşağı sinif.


 


· Cinayət törədən din xadimi və ya elita nümayəndəsi xəbərdarlıqla kifayətlənir. Orta təbəqə üçün həbs, aşağı təbəqə üçün isə həm fiziki cəza, həm də həbs nəzərdə tutulur.


 


· Hənəfi məzhəbinə mənsub olmayan şəxslər "bidətçi" və ya "dindən çıxmış" hesab edilir.


 


/olay.az