Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Aran 1 qəsəbəsində qeydə alınıb.


 


Belə ki, "AUDİ" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.


 


Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.


 


Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.