Kitablar oxucunu fərqli dünyalara aparır, yeni baxış bucaqları qazandırır və insanın düşüncə tərzini zənginləşdirir.


 


Oxunan hər əsər həm bilik, həm də emosional təcrübə baxımından insanın dünyagörüşünü genişləndirir.


 


Bəs, dünyada ən çox oxunan və mütləq oxunmalı sayılan kitablar hansılardır?


 


Sfera.az oxucular üçün 10 ən yaxşı roman və nağıl kitabını təqdim edir.


 


1. Balaca Şahzadə – Antuan de Sent-Ekzüperi


 


Dünyanın ən çox oxunan və satılan əsərlərindən biri olan bu kitab zahirən uşaq nağılı təsiri bağışlasa da, əslində böyüklər üçün dərin fəlsəfi məna daşıyır. 210-dan çox dilə tərcümə olunan əsər insanlıq, sevgi və məsuliyyət haqqında mühüm mesajlar verib.


 


2. Kimyagər – Paulo Koelyo


 


1988-ci ildə nəşr olunan bu məşhur roman qısa zamanda dünya bestsellerinə çevrilib. İnsanın öz taleyini axtarması və arzularının arxasınca getməsi mövzusunda yazılan əsər milyonlarla oxucunun qəlbini fəth edib.


 


3. Yüz İllik Tənhalıq – Qabriel Qarsiya


 


Markes Sehrli realizmin ən parlaq nümunələrindən sayılan bu əsər Buendia ailəsinin nəsillər boyu davam edən hekayəsini təsvir edib. Ədəbiyyat tarixində xüsusi yerə sahib olan roman dərin məzmunu ilə seçilib.


 


4. Cinayət və Cəza – Fyodor Dostoyevski


 


Dünya klassiklərindən biri olan bu əsər yoxsulluq içində yaşayan Raskolnikovun daxili psixoloji mübarizəsini təqdim edib. Roman oxucunu vicdan, ədalət və əxlaq anlayışları üzərində düşünməyə vadar edib.


 


5. Heyvan Ferması – Corc Oruell


 


Siyasi alleqoriya janrında yazılmış bu əsər totalitar rejimləri tənqid edib. Sadə süjet xətti arxasında dərin ictimai mesajlar gizlənib.


 


6. Narıncı Ağac – Xose Mauro de Vaskonselos


 


Kiçik Zezenin həyat hekayəsindən bəhs edən bu təsirli roman uşaqlıq, yoxsulluq və həyatın çətinliklərini səmimi dillə təqdim edib.


 


7. Metamorfoz – Frans Kafka


 


Kafka yaradıcılığının ən məşhur nümunələrindən olan bu əsər insanın cəmiyyət və ailə içində yadlaşmasını simvolik şəkildə əks etdirib.


 


8. Bülbülü öldürmək – Harper Li


 


Pulitzer mükafatına layiq görülən bu roman irqçilik və ədalətsizlik mövzusunu uşağın baxış bucağından təqdim edib.


 


9. Dinlə, Balaca Adam – Vilhelm Reyx


 


Cəmiyyətin sosial və psixoloji problemlərini tənqid edən bu əsər oxucunu düşünməyə vadar edən fəlsəfi kitablar sırasındadır.


 


10. İlahi Komediya – Dante Aligyeri


 


Dantenin cəhənnəm, əraf və cənnətə xəyali səyahətini əks etdirən bu möhtəşəm əsər dünya ədəbiyyatının zirvələrindən hesab olunur. Bu kitablar təkcə ədəbiyyat nümunəsi deyil, həm də insanın daxili dünyasına işıq salan əsərlərdir. Oxumağa yeni başlayanlar və ya kitab siyahısını genişləndirmək istəyənlər üçün bu 10 əsər ideal seçim ola bilər.


 


Mənsumə


Sfera.az