"Bu gündən etibarən verilişlərinizə qonaq gəlmək kimi bir fikrim yoxdur". 


 


Sfera.az xəbər verir ki, bunu sosial mediada müğənni Zenfira İbrahimova deyib.


 


Sosial mediada aparıcılara səslənən müğənni verilişlərə qatılmaqdan imtina edib:


 


"Əziz və çox hörmətli televiziya aparıcıları. Hər birinizə sonsuz hörmətim var. Amma bu gündən etibarən verilişlərinizə qonaq gəlmək kimi bir fikrim yoxdur. O vaxta qədər ki, milli musiqimizə, incəsənətimizə, mədəniyyətimizə ləkə gətirən, ziyan vuran, və ən əsası zövqümüzü "baltalayan" müğənnilər dəvət olunacaq. Reytinq xətrinə nə özünüzü, nə də musiqimizi gözdən salmayın".\azxeber.com