MLS (ABŞ Ali Futbol Liqası) rəhbərliyi və "İnter Mayami" klubu birgə bəyanat yayaraq, ulduz futbolçu Lionel Messinin hər hansı nizam-intizam qaydasını pozmadığını təsdiqləyib.
Sfera.az xəbər verir ki, MLS rəhbərliyi mövsümün startında baş vermiş insidentlə bağlı daxili araşdırmanı tamamlayıb.
Şayiələrə səbəb olan hadisənin təfərrüatları araşdırıldıqdan sonra Messinin liqa protokollarına tam əməl etdiyi müəyyən olunub.
Qeyd edək ki, sosial mediada yayılan görüntülərdə Messinin hakimlərin otağına daxil olmağa çalışdığı iddia edilirdi. Lakin MLS və Peşəkar Hakimlər Təşkilatı (PRO) rəsmi açıqlamasında bildirib ki, sözügedən zona giriş üçün qadağan olunmuş ərazi deyil və Messi hakimlərin şəxsi məkanına müdaxilə etməyib.
Niyaz Hacıyev
Sfera.az