Paytaxtda qəzalı binaların sökülməsi və yeni infrastruktur layihələrinin icrası ilə bağlı mərhələli proses davam edir.


 


Sfera.az-in məlumatına görə, yaxın perspektivdə Bakının bir sıra rayonlarında söküntü işlərinin aparılması planlaşdırılır.


 


Hansı rayonlarda söküntü gözlənilir?


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, ilkin mərhələdə proses 10 rayonu əhatə edəcək:


"Plan üzrə aşağıdakı rayonlarda qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsi nəzərdə tutulur:


Nərimanov


Yasamal


Nəsimi


Səbail


Xətai


Nizami


Sabunçu


Suraxanı


Pirallahı


Bu ərazilərdə əsasən rəsmi akt tərtib olunmuş, qəzalı vəziyyətdə olan çoxmənzilli binalar və yeni infrastruktur layihələrinin düşdüyü zonalarda yerləşən fərdi yaşayış evləri söküləcək".


AQC sədri əlavə edib ki, qəzalı binalarla bağlı aktlar müvafiq dövlət qurumları tərəfindən tərtib olunur:


"Söküntü və yenidənqurma prosesi şəhərin Baş Planına – "Bakı 2040" inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Sökülən ərazilərdə yeni yaşayış binaları, parklar, sosial obyektlər və nəqliyyat infrastrukturu yaradılması nəzərdə tutulur.


Yaxın müddətdə aşağıdakı ərazilərdə aktiv proses gözlənilir:


"Təzəpir" məscidi ətrafı


"Bayıl şəhər" adlanan ərazilər


Keçmiş "Sovetski" (Yasamal rayonu) ərazisi


Metro stansiyalarının ətraf zonaları


Planlaşdırılan tramvay xətlərinin keçəcəyi küçələr


Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı.


Konkret küçələr


Səbail rayonu:


Salman Mümtaz küçəsi


Dağlıq küçəsi


Sabunçu rayonu:


Yusif Qasımov küçəsi


Qurban Vəzirov küçəsi


Suraxanı rayonu:


Xanlar Ələkbərov küçəsi


Yasamal rayonu:


Rıza Quliyev küçəsi


Nabat Aşıqbəyova küçəsi


Çingiz Mustafayev küçəsi


Mirzağa Əliyev küçəsi və ətrafı


Nərimanov rayonu:


"Montin" və Keşlə əraziləri".


Vüqar Oruc həmçinin qeyd edib ki, söküntü işləri mərhələli şəkildə və plan əsasında həyata keçirilir:


"Əhali ilə müvafiq dövlət qurumları arasında danışıqlar aparılır və kompensasiya məsələləri qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Əsas prioritet qəzalı binaların təhlükəsizlik baxımından aradan qaldırılması və eyni zamanda yeni nəqliyyat və şəhərsalma layihələrinin reallaşdırılmasıdır".(baku.ws