Gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə nəticəsində VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.


 


Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıblar.


 


Faktla bağlı araşdırma aparılır.