Dünya kinosunun ən nüfuzlu mükafatlarından biri olan “Oscar”da mükafatları təqdim edəcək ilk şəxslər açıqlanıb.
Sfera.az xəbər verir ki, məlumata görə, mükafatı təqdim edən şəxslər Adrien Brody, Mikey Madison, Zoe Saldana və Kieran Culkin olacaq.
Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən təşkil olunan mərasim 15 mart 2026-cı ildə Los-Ancelesdə, Dolby Teatrında baş tutacaq. “Oscar” hazırlıqları davam edir və tədbir dünyanın müxtəlif ölkələrində canlı yayımlanacaq.
Bəsti Rəfizadə
Sfera.az