Xətai rayonunda mənzildən meyit tapılıb.


 


Sfera.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində baş verib.


 


Belə ki, 1947-ci il təvəllüdlü Aleksey Tyutyunikovun meyiti yaşadığı Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində yerləşən mənzildə aşkar edilib.


 


Faktla bağlı araşdırma aparılır.