Dövlət Xidmətində ölüm hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə Cəlilabad rayonunda, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan inzibati binada baş verib.


 


Rayonun Buravar kənd sakini, 1955-ci il təvəllüdlü Tofiq Yadulla oğlu Ağayev inzibati binada infarktdan ölüb.


 


Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. (lent.az)