Dünyanın ən böyük və ən məşhur muzeylərindən biri olan “Luvr” Muzeyinin direktoru Lorens des Kars vəzifəsindən istefa verib. 


 


Sfera.az bildirir ki, Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilən istefa, ötən il "əsrin soyğunu" kimi təsvir edilən soyğunçuluq və sonrakı bir sıra qalmaqallarla əlaqələndirilir. 2021-ci ildə başlayan Des Karsın vəzifəsi dövründə "əsrin soyğunu" kimi təsvir edilən soyğunçuluqdan əlavə, çoxsaylı təhlükəsizlik pozuntuları da aşkar edilib.


 


Məhz bütün bunlar araşdırmalarla müəyyən edildikdən sonra, mübahisə mərkəzində olan şəxs nəhayət istefa verib.


 


İstefanın əsas səbəbi 2025-ci ilin oktyabr ayında baş verən kütləvi soyğunçuluq olub. Muzey rəhbərliyi tikinti işçisi qiyafəsində olan oğruların cəmi 8 dəqiqə ərzində təxminən 88 milyon avro dəyərində tarixi əsərləri oğurlamasından sonra tənqid atəşinə tutulub.


 


Muzeyin parolunun "LOUVRE" olduğu və tarixi əsərlərin sığortalanmadığı barədə də ehtimallar yayılıb. Bundan əlavə, işçilərin saxta biletlərdən istifadə edərək muzeyi 12 milyon avroya aldatması ilə bağlı qalmaqal da təxminən eyni vaxtda baş verib. İddialara görə, muzeydəki tarixi əlyazmalar da su sızması səbəbindən zədələnib.


 


Aynil