Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü davam etdirilir.


 


Sfera.az xəbər verir ki, qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınıb.


 


Belə ki, 4500 ton dizel yanacağı bu ölkəyə göndərilib.


 


Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.