KXDR lideri Kim Çen In qızı Kim Cu-eyi ölkənin Raket Komandanlığının rəhbəri təyin edib.
Sfera.az xəbər verir ki, “Newsweek” xəbər agentliyi Cənubi Koreya mediasına və Cənubi Koreya hökumətinin yüksək vəzifəli məmuruna istinadən Kim Çen Inın qızının Koreya Xalq Demokratik Respublikasının Raket Agentliyində yüksək vəzifəyə təyin edilməsini bildirib. Kim Çen Inın varisi Kim Cu-ey ölkənin Raket Komandanlığının nəzarətini öz üzərinə götürüb. Onun dəqiq yaşı məlum deyil, lakin medianın məlumatına görə, hazırda təxminən 13 yaşındadır. 22 fevralda Şimali Koreya lideri yenidən hakim Koreya İşçi Partiyasının Baş katibi seçilib. Kim Çen 15 ildir bu vəzifəni icra edir.
Yeniyetmə qız Ju Ae (Cu-ey) Kim Çen Inı getdikcə ictimai tədbirlərdə, xüsusən də raket sınaqlarında müşayiət edir. Bu, onun Kim Çen Inın ali lider kimi varis olması üçün ən uyğun namizəd olduğu nəzəriyyələrini gücləndirib. Bu,sülalənin kişi varislərə üstünlük vermək ənənəsindən uzaqlaşma idi.
Seul və Pxenyan arasındakı münasibətlər son illərdə Kimin nüvə və ballistik raket proqramlarını genişləndirməsi və Cənubi Koreya prezidenti Yun Sok-yolun sərt mövqeyi səbəbindən kəskin şəkildə pisləşib.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kim Çen In qızını özünə varis təyin edib.
Bu, onu Koreya Xalq Ordusunun komandanlığına hazırlamaq məqsədi daşıyır. Deyilənə görə, o, artıq generallardan təlimatlar alır və bəzi hallarda 2023-cü ilin sonlarından bəri Raket Bürosuna rəhbərlik edən Canq Çanq-qanın yerinə əmrlər verir.
Analitiklər qeyd edirlər ki, KXDR-də varislik mənzərəsi qeyri-sabit olaraq qalır və daxili güc dinamikasından asılıdır. Kim Çen Inın 37 yaşlı bacısı Yo-jonq, xüsusən də keçidə təsir göstərə bilər.
Fevralın 12-də Cənubi Koreyanın ən yüksək kəşfiyyat orqanı Kim Çen Inın varisini seçdiyini açıqlayıb. Onun sözlərinə görə, KXDR liderinin qızı Kim Cu E onun varisi təyin olunma prosesinə başlayıb.
"Daily Mail" qəzeti isə KXDR-də Kim Çen Inın bacısı ilə qızı arasında hakimiyyət mübarizəsinin başlaya biləcəyini bildirib.
Aynil