Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.


 


Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı “Kristal Abşeron” kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.


 


O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.


 


Faktla bağlı araşdırma aparılır.