Bakıda 65 yaşlı kişi küçədə ölüb.


 


Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonu İzmir küçəsində baş verib.


 


Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Yolçu oğlu Omarov küçədə özünü pis hiss edib. İlkin məlumata görə o, ürək çatışmazlığından hadisə yerində həyatını itirib.


 


Araşdırmalar aparılır.