Bakıda tikintidə bədbəxt hadisə baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Badamdar qəsəbəsindəki tikinti meydançasında qeydə alınıb.


 


Belə ki, orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Neftçala sakini Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı aşıb.


 


Nəticədə o, hadisə yerində vəfat edib.


 


Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.(qafqazinfo)