İngiltərə, Londonun nüfuzlu Mayfair ərazisindəki 50 nömrəli Berkli Meydanı Britaniyanın ən qorxulu evlərindən biri kimi tanınır. 1750-ci ildə tikilmiş malikanə 19-cu əsrin sonlarında çoxsaylı sirli ölümlərin və qəribə hadisələrin məkanına çevrilərək mənfi reputasiya qazanıb.


 


Sfera.az bildirir ki, peşəkar paranormal tədqiqatçı Barri Qay bunun Londondakı ən "qorxulu ünvan" adlandırır. Danışılanlara görə, evin bir çox keçmiş sakinləri yaxud qonaqları ya izsiz yoxa çıxıb, ya ağlını itirib, ya da sirli şəraitdə ölüblər. Bir vaxtlar ev hətta vergilərdən azad edilib, çünki məşhurluğuna görə onu satmaq demək olar ki, mümkün olmayıb.


 


Ruhlar və Qorxulu Hekayələr


 


Tədqiqatçılara görə, evin çardağında əmisi tərəfindən döyüldükdən sonra pəncərədən tullanan gənc qadının ruhu gəzir. Deyilənə görə, o, ağ fiqur və ya qəhvəyi duman şəklində dolaşır, ruhla qarşılaşanları qorxutmağa davam edir.


 


Çardaqda həmçinin xidmətçi tərəfindən öldürülən uşağın və uzun müddət otaqda qaldıqdan sonra dəli olan gənc oğlanın ruhu gəzir. Əfsanəyə görə, oğlan çardağa kilidlənib və ölənə qədər qapıdakı kiçik bir dəlikdən qidalanıb.


 


İllərdir dənizçilərdən tutmuş aristokratlara qədər çarəsiz macəraçılar çardaqda gecələməyə çalışıblar, lakin nəticələr həmişə dəhşətli olub. İnsanlar ziyarətlərindən illər sonra ya qorxmuş, ya ölü, ya da dəli olmuş və intihar etmiş vəziyyətdə tapılıblar.


 


Tomas Mayersin işi


 


Bu hekayəni araşdıranlar iddia edirlər ki, evin qorxunc şöhrəti 1859-cu ildə nişanlısı tərəfindən rədd edildikdən sonra köçən sakinlərindən biri olan Tomas Mayersin hekayəsindən qaynaqlanır.


 


İddialara görə, Mayers təcrid olunmuş həyat tərzi sürüb, gecələr evdə gəzib və binanın xarabalığa çevrilməsinə icazə verib.


 


1930-cu illərdən bəri başqa heç bir ruh hadisəsi qeydə alınmayıb. Lakin ev ictimaiyyət üçün bağlı qalır.


 


Berkli Meydanında məskunlaşmaq arzusunda olanlar yaxınlıqda ev axtarmalıdırlar. Qonşu binada, sonuncu dəfə mənzillər 2008-ci ildə 1 milyon funt sterlinqə satılıb.


 


Aynil