Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə (DMA) yeni şöbə müdiri təyin olunub.


 


Sfera.az xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.


 


Əmrə əsasən, Toğrul Turabov Agentliyin Sosial Tərəfdaşlarla İş Departamentinin Sosial Proqramlar şöbəsinə müdir təyin olunub.


 


Qeyd edək ki, T.Turabov 2021-ci ildən bu DMA-da çalışır. İqtisadiyyat.az