Azərbaycan klubları cari mövsümdə avrokuboklardakı rekordunu təkrarlayıb.


 


Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə təmsilçiləri 2025/2026 mövsümündə 48 qol vurmaqla buna nail olub.


 


Qollardan 31-i “Qarabağ”ın payına düşüb.


 


2023/2024 mövsümündə də 48 qolluq məhsuldarlıq rekordu qeydə alınmışdı.


 


Qeyd edək ki, “Qarabağ” cari mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a uduzmaqla (1:6, 2:3) mübarizəni dayandırıb.