Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Rəqəmsal İnkişaf Şurasının sədri təyin edilib.


 


Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanda əksini tapıb.


Sənəddə qeyd edilir ki, Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:


 


Şuranın sədri


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti


 


Şuranın üzvləri:


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri


Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi


Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri


Azərbaycan Respublikasının elm və təhsil naziri


Azərbaycan Respublikasının ədliyyə naziri


Azərbaycan Respublikasının maliyyə naziri


Azərbaycan Respublikasının iqtisadiyyat naziri


Azərbaycan Respublikası Mərkəzi Bankının sədri


Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.