Prezident İlham Əliyevin sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


 


Azərbaycan Respublikasının Bəhreyn Krallığında yeni səfirinin dosyesini təqdim edirik:


 


Cavidan Hüseynov 1 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2007-ci ildə hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.


 


Əmək fəaliyyətinə 1994-cü ildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində referent kimi başlayıb. 1999-2000-ci illərdə nazirliyin Konsulluq İdarəsində attaşe vəzifəsində çalışıb. 2000-2003-cü illərdə həmin idarədə üçüncü katib, 2003-2004-cü illərdə isə ikinci katib olub. 2004-2006-cı illərdə Konsulluq İdarəsində şöbə müdiri vəzifəsini icra edib.


 


2006-cı ildə Azərbaycanın Rusiyadakı səfirliyində şöbə müdiri - birinci katib kimi fəaliyyət göstərib. Həmin ildən 2010-cu ilə qədər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində müşavir vəzifəsində çalışıb. 2010-2018-ci illərdə isə həmin idarənin rəis müavini olub.


 


2018-ci ildə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. O, 2018-ci ildən bu günə qədər Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulu vəzifəsində çalışıb.


 


Ailəlidir, üç övladı var.


 


Oxu.az