Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.




Sfera.az  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Əmr imzalayıb.


 


Əmrə əsasən, Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri - şəhərin baş memarı vəzifəsinə təyin olunub.




R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.