Misli Premyer Liqasında 22-ci tur davam edir. 


 


Sfera.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 


 


Əvvəlcə “Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə baş tutan qarşılaşmada qalib aşkarlanmayıb - 1:1. Hazırda “Neftçi” 30 xalla 7-ci, bölgə təmsilçisi isə 25 xalla 8-ci pillədə qərarlaşıb. 


 


Günün ikinci matçında “Qəbələ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək. Bu komandalar hazırda turnir cədvəlinin son iki pilləsində yer alıblar. “Qəbələ” 15 xalla 11-ci, Yevlax klubu isə 6 xalla 12-cidir. Bu komandaların ilk dövrədəki matçında bərabərlik qeydə alınıb - 1:1. 


 


28 fevral (şənbə)


 


14:30. “Şamaxı” - “Neftçi”


 


Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov


 


VAR: Cavid Cəlilov


 


AVAR: Pərvin Talıbov


 


Şamaxı şəhər stadionu


 


17:00. “Qəbələ” - “Karvan-Yevlax”


 


Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov




VAR: Vüqar Həsənli


 


AVAR: Kamran Bayramov




Qəbələ şəhər stadionu


 


1 mart (bazar)


 


16:30. “Turan Tovuz” - “İmişli”;


 


19:00. “Qarabağ” - “Sabah”./Qafqazinfo