Lənkəranda kişini elektrik cərəyanı vurub.


 


Sfera.az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində qeydə alınıb. 


 


Belə ki, rayonun Nərimanabad qəsəbə sakini, 1974-cü il təvəllüdlü  Ağadadaş Maarif oğlu Əliyev transformatorun yerləşdiyi əraziyə daxil olub və elektrik cərəyan onu vurub.  


 


O Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


 


Faktla bağlı araşdırma aparılır.