Pakistanın informasiya naziri Attaulla Tarar sosial şəbəkə hesabında "Qəzb-ül-Haq" əməliyyatı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.


 


Nazirin açıqlamasına görə, Əfqanıstan ərazisində "Taliban" qüvvələrinə qarşı aparılan əməliyyatlar çərçivəsində 331 nəfər öldürülüb, 500-dən çox şəxs yaralanıb.


 


Bildirilib ki, 89 nəzarət-buraxılış məntəqəsi məhv edilib, 18 post ələ keçirilib, 135 tank və silahlı texnika sıradan çıxarılıb.


 


Eyni zamanda, Əfqanıstan üzrə 29 müxtəlif məntəqəyə hava zərbələri endirildiyi qeyd olunub.