Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub.


 


Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.