Gəncə şəhəri Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqları dəmir qapı arasında qalıb.


 


Sfera.az xəbər verir ki, təhlükəli vəziyyətin yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.


 


Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.


 


Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.