ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinin ona iki dəfə sui-qəsd cəhdi etdiyini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, bu barədə X-də prezidentlə müsahibə aparan “ABC News”un müxbiri Conatan Karl məlumat verib.


 


Karl dövlət başçısının sözlərindən sitat gətirib:


 


“Bu axşam telefon danışığında Prezident Tramp mənə ayətullah Xameneinin ölümü ilə bağlı bunları söylədi: “O mənə çatmamışdan əvvəl mən ona çatdım. İki dəfə məni məhv etməyə cəhd ediblər. Amma mən ona birinci çatdım”. Teleqraf.az