Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) İrana qarşı hərbi əməliyyatlar və ABŞ-nin 2026-cı il Dünya Kubokuna ev sahibliyi hüququndan məhrum edilməsi səbəbindən ABŞ və İsrail milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı suallara cavab verməyib.


 


Sfera.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) də təşkilatın İsrail klublarını və komandalarını qitə yarışlarından kənarlaşdırıb, qadağa qoyub-qoymayacağı ilə bağlı suallara cavab verməyib.


 


Qeyd edək ki, FİFA Dünya Kubokunu 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirəcək. ABŞ avtomatik olaraq ev sahibi ölkə kimi Dünya Kubokuna vəsiqə qazanıb, İsrail vəsiqə qazana bilməyib, İran isə Asiya Futbol Konfederasiyasının (AFC) seçmə mərhələsi vasitəsilə vəsiqə qazanıb.


 


Niyaz Hacıyev


Sfera.az