İranın hücumları nəticəsində həlak olan amerikalı hərbçilərin sayı 4-ə çatıb.


 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.


 


"Məlumata görə, 4 amerikalı hərbçi döyüşdə həlak olub. İranın ilk hücumları zamanı ağır yaralanan dördüncü hərbçi sonradan ölüb", - məlumatda qeyd olunub.


 


Həmçinin əsas döyüş əməliyyatlarının, eləcə də cavab tədbirlərinin davam etdiyi bildirilib.