“Mançester Yunayted” yay transfer pəncərəsində yarımmüdafiə xəttində ciddi dəyişikliklər etməyə hazırlaşır.


 


Sfera.az xəbər verir ki, Kazemironun ardından Manuel Uqartenin də komandadan ayrılması gözlənilir.


 


Cəmi iki il əvvəl “Paris Sen-Jermen” klubundan transfer olunan uruqvaylı futbolçu Premyer Liqaya uyğunlaşmaqda çətinlik çəkib. Bildirilir ki, Uqarteyə seriya A təmsilçilərindən maraq var və onun karyerasını İtaliyada davam etdirməsi mümkündür.


 


Niyaz Hacıyev


Sfera.az