“Atletiko Madrid”  Kral Kubokunun yarımfinal mərhələsində “Barselona”nı iki oyunun nəticəsinə əsasən üstələyərək finala vəsiqə qazanıb.


 


Sfera.az xəbər verir ki, Madriddə keçirilən ilk oyunda “Atletiko Madrid” 4:0 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda isə “Barselona” Mark Bernalın (29 və 72-ci dəqiqələr) və Rafinyanın (45+5, penalti) qolları sayəsində 3:0 hesabı ilə üstün olub. Lakin ümumi nəticəyə görə, Madrid klubu finala çıxmağı bacarıb. 


 


Niyaz Hacıyev


Sfera.az