Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.


 


Bildirilib ki, 46 yaşlı Zəfər  Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti aşkar edilib.


 


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


 


İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildilib. O, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.