NATO İrandan Türkiyə istiqamətinə raket atılmasını pisləyib.


 


Sfera.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart deyib.


 


“İranın regionda fərq qoymadan həyata keçirdiyi hücumlar fonunda NATO Türkiyə də daxil olmaqla müttəfiqlərini qətiyyətlə dəstəkləyir”, - Hart bildirib.


 


Qeyd edək ki, Türkiyə İran tərəfindən atılan raketi öz hava sahəsi yaxınlığında zərərsizləşdirib.