Mingəçevirdə bədbəxt hadisə baş verib.


 


Sfera.az-ın məlumatına görə, hadisə şəhərdə “Dəli Kür” restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində qeydə alınıb.


 


Belə ki, 1981-ci il təvəllüdlü Mahmudov Zaur Musa oğlu ərazidə iş gördüyü zaman onu elektrik cərəyanı vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.


 


Faktla bağlı araşdırma aparılır./unikal