“Real”ın türkiyəli oyunçusu Arda Güler İspaniya La Liqasının 27-ci turunda “Selta” ilə oyunda (2:1) məhsuldar ötürmə müəllifi olub.


 


Sfera.az xəbər verir ki, o, görüşün 11-ci dəqiqəsində Aurelien Tchouameniyə assist edib.


 


Beləliklə, Arda bu mövsüm bütün turnirlərdə etdiyi assistlərin sayına görə “Mançester Yunayted”in  yarımmüdafiəçisi Bruno Fernandeşə çatıb.


 


2025/26 mövsümündə Avropanın “TOP-5” çempionatlarının futbolçuları arasında bütün turnirlər üzrə ən çox assist edən oyunçular bunlardır: 


1.    Maykl Olise (“Bavariya”) - 23


2.    Arda Güler - 15


3.    Bruno Fernandeş - 15