Oğuzda mədəniyyət evində yanğın baş verib.


 


Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.


 


Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 k/m sahəsi tamamilə yanıb.


 


Yanğın zamanı xəsarət alan olmayıb.