Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.


 


Bu barədə Sfera.az-a QMİ-dən məlumat verilib.


 


Bildirilib ki, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və QMİ-nin təşəbbüsü ilə Romada martın 9-da Ramazanın İftar süfrəsi təşkil olunacaq.


 


QMİ sədri A. Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri İftar süfrəsində Papa XIV Leo Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcək.


 


Romadakı St. Regis Hoteldə keçiriləcək İftar süfrəsində İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələri iştirak edəcək.