“Qarabağ” 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azarkeşlərə jest edib.


 


Sfera.az xəbər verir ki, klub Misli Premyer Liqasının XXIII turu çərçivəsində “Araz-Naxçıvan”la keçiriləcək ev oyuna xanım azarkeşlər üçün girişin ödənişsiz olduğunu bəyan edib.


 


Qeyd edək ki, matç sabah Tofiq Bəhramov adına Respublika Stadionunda saat 19:15-də start götürəcək.//qafqazinfo