Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.  


 


Sfera.az xəbər verir ki, bu il ilk Qədr gecəsi martın 8-dən 9-na keçən gecəyə təsadüf edir.  


 


Ramazan ayının növbəti Qədr gecələri 10, 12 və 16 mart tarixlərinə düşür.


 


 Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.