Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.  


 


Sfera.az bildirir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


Belə ki, "Chevrolet" markalı avtomobil yolu keçən kənd sakini, 2016-cı il təvəllüdlü A.A-nı vurub.  


 


Oğlan uşağı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.  Faktla bağlı araşdırma aparılır.//Report