Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb.


 


Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb.


 


1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.


 


Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.