Yunanıstanın qərbində, Albaniya sərhədinə yaxın ərazidə 5,8 bal gücündə zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Alman Geoloji Xidməti (GFZ) məlumat yayıb.




Bildirilib ki, zəlzələ Yunanıstan-Albaniya sərhəd bölgəsində baş verib.


 


Qurumun açıqlamasında qeyd edilib ki, yeraltı təkanlar təxminən 5 kilometr dərinlikdə qeydə alınıb.




Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.