Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə tranfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-a yollanıb.


 


Sfera.az Report-a istinadla xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib.


 


Forvard bu səhər yola düşüb. Futbolçu Amerika klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, o, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.


 


N.Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-də olacaq.


 


Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.