Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.


 


Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində "Energetiklər" adlanan yaşayış massivində qeydə alınıb.


 


Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.


 


İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində tapılan meyit həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.


 


Faktla bağlı araşdırma başlanılıb, meyitin kimliyi və ölüm səbəbi dəqiqləşdirilir.