Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


 


Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.


 


Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 5 nəfər xəsarət alıb.


 


Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.


 


Faktla bağlı araşdırma aparılır.