İran səmasında ABŞ-ın "B-2 Spirit" strateji bombardmançı təyyarəsi müşahidə edilib.

 


Sfera.az xəbər verir ki, bu barədə monitorinq kanalları məlumat yayıb.

 


"Northrop B-2 Spirit" çoxməqsədli strateji bombardman təyyarəsidir və həm adi, həm də nüvə silahı daşımaq qabiliyyətinə malikdir.

 


Təyyarə "stealth" texnologiyasından istifadə etdiyi üçün radarlar tərəfindən demək olar ki, görünmür.

 


"B-2 Spirit" düşmən ərazisində strateji hədəfləri vurmaq üçün sərbəst düşən avia-bombalardan istifadə edə bilir.