Şimali Kipr Türk Respublikasının (ŞKTR) Mülki Aviasiya Departamentinin direktoru Aşkın Meşeli Türkiyənin sabah səhər ŞKTR-yə 6 ədəd F-16 qırıcı təyyarəsi göndərəcəyini bildirib.

 


Bu barədə Sfera.az-a Türkiyə mətbuatına istinadən xəbər verir.

 


A.Meşeli təyyarələrin təhlükəsizlik məqsədilə göndərildiyini və yerləşdirilmənin mülki uçuşlara təsir etməyəcəyini bildirib.

 


Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr son hadisələri nəzərə alaraq, dünən ŞKTR-nin təhlükəsizliyini təmin etmək üçün adaya F-16 qırıcı təyyarələrinin yerləşdirilməsinin nəzərdən keçirildiyini bildiriblər.